Azərbaycan Mərkəzi Bankı bu günün rəsmi valyuta məzənnələrini açıqlayıb.
Finss.az xəbər verir ki, 3 sentyabr 2025-ci il tarixində ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat səviyyəsində qalıb.
Türkiyə lirəsi də sabit qalaraq 0,0413 manat təşkil edib. Bununla yanaşı, Rusiyanın 100 rublu 2,1074 manata qədər, avro isə 1,9774 manata qədər ucuzlaşıb.