Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyib.
Finss.az-ın birja məlumatlarına görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,31% artaraq 3 603,3 ABŞ dollarına yüksəlib.
Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,18% artaraq 41,67 ABŞ dolları təşkil edib.