AZ

Azərbaycan əleyhinə rus təbliğatı güclənib RƏY

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

Bu təbliğat kampaniyasının arxasında Rusiyanın hakim dairələri dayanır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası Rusiya ərazisindən ölkəmizə qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu qərəzli kampaniya Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi yayılandan dərhal sonra başlayıb. Rusiya KİV-ləri aparıcının Zəngəzur dəhlizi ilə bağlı sualına Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan cavabını kontekstdən çıxarılaraq saxtalaşdırıblar, təhrif olunmuş formada rus oxucusuna təqdim ediblər. Rusiya cəmiyyətində anti-Azərbaycan təbliğatını alovlandırmaq məqsədilə təşkil edilən kampaniya televiziya kanalları və xəbər saytları, sosial media platformaları və müəyyən təsiretmə roluna malik radikal mövqeli şəxslər vasitəsilə aparılır. Kampaniyada Rusiya ərazisində fəaliyyəti qadağan edilmiş və məhdudlaşdırılmış “Facebook”, “Instagram” və “X” kimi platformalardan, habelə digər ölkə vətəndaşlarının adından yaradılan sosial media profillərindən və botlardan da geniş istifadə olunduğu müşahidə edilib. Diqqətçəkən digər bir element isə Azərbaycanın sosial media seqmentinin hədəfli reklamlar vasitəsi seçilməsi və orada ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidedici fikirlərin yer almasıdır. Bəyanatda o da qeyd edilib ki, bu cür ikrah doğuran kampaniyaların Azərbaycanda ictimai rəyə heç bir təsiri yoxdur: "Bu cür fəaliyyətlər yalnız Rusiya cəmiyyətini yalan faktlara söykənərək qızışdırmağa, qonşu dövlətlərlə əsassız düşmənçiliyə sürükləyir. Rusiyanı narahat edən “rusofobiya” sindromunun köklərini “Z” blogerlərin fəaliyyətində axtarmaq lazımdır. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu qeyri-dost hərəkətləri yaxından izləyir və müvafiq qabaqlayıcı tədbirləri davam etdirir". 

Ədalət Partiyasının sədri Mütəllim Rəhimov  Sherg.az-a açıqlamasında deyib ki, Rusiya özünün siyasi, hərbi və geosiyasi gücünə arxalanaraq digər ölkələrə qarşı mütəmadi olaraq təzyiq alətlərindən istifadə edir. Partiya rəhbərinin sözlərinə görə, bu isə onu göstərir ki, Rusiya öz qonşuları ilə bərabər əsaslı münasibətlər qura bilmir:

Seçilən
36
8
sherg.az

10Mənbələr