AZ

Bu rayonlarda qəbiristanlıqları onlar YANDIRIB

Yazını böyüt
Yazını kiçilt

Qazax və Tovuz rayonlarında qəbiristanlıqlarda yanğına səbəb olan şəxslər saxlanılıblar.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətininin məlumatında bildirilib. Qeyd edilib ki, sentyabrın 1-2-də Qazax və Tovuz rayonlarındakı qəbiristanlıqlarda yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

24 yaşlı Qazax rayon sakini Məhəmmədəli İsmayılovun və 39 yaşlı Elsevər Umarovun ocaqla ehtiyatsız davranması nəticəsində sözügedən qəbiristanlıqlarda 8 sot və 0.3 ha ərazi yanıb.

Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Seçilən
95
17
hafta.az

10Mənbələr