1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sumqayıt şəhərində qaz təchizatı məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin Sumqayıt Qaz İstismar Sahəsi (QİS) məlumat yayıb.
Bildirilib ki, şəhərin 6, 17 və 18-ci mikrorayonlarında, həmçinin 9, 34 və 48-ci məhəllələrində balans qovşaqlarının analizi ilə əlaqədar olaraq sentyabrın 3-də saat 11:30-dan etibarən 3 800 abonentin qaz təchizatı dayandırılacaq.
Qaz təchizatının bərpası işlər yekunlaşdıqdan sonra təmin ediləcək.