AZ

Kreml Trampa cavab verib: Rusiya, Çin və Şimali Koreya liderləri ABŞ-a qarşı qəsd barədə düşünmür

Kreml ABŞ Prezidenti Donald Trampın Rusiya, Çin və KXDR-in Amerikaya qarşı "qəsd"lə bağlı mesajını oxuyub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

O, Rusiya, Çin və KXDR liderlərinin Çindəki təntənəli tədbirlər zamanı "qəsd" yaratmaq niyyətində olmadığını qeyd edib.

"Ümid edirik ki, Trampın sosial şəbəkələrdə Rusiya, Çin və KXDR-in guya "qəsd"i ilə bağlı mesajı istehza ilə yazılıb", - Uşakov vurğulayıb.

Qeyd edək ki, Tramp Rusiya, Çin və Şimali Koreyanı sui-qəsd hazırlamaqda ittiham edib. O, Pekin paradını şərh edərkən Si Cinpindən Putin və Kim Çen Ina salam göndərməyi xahiş edib.

"Amerika Birləşmiş Ştatlarına qarşı "qəsd" hazırladığınız zaman Vladimir Putinə və Kim Çen Ina ən səmimi salamlarımı göndərin”, - Tramp “Truth Social”da yazıb.

Seçilən
99
6
apa.az

7Mənbələr