AZ

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Bakı, 3 sentyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirirlər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 4 qumbara, 1 alışdırıcı, 6 tüfəng və 1 patron darağı aşkar edərək götürüblər.

 

Seçilən
70
46
azertag.az

10Mənbələr