AZ

İşıqforun əlavə bölməsindəki ox işarəsi - Sürücünün öhdəliyi nədən ibarətdir?

Yazını böyüt
Yazını kiçilt

İşıqforun sarı və qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində ox işarəsi yanarsa, həmin istiqamətdə hərəkət edən sürücünün öhdəliyinin nədən ibarətdir.

Hafta.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən azərtacın sorğusuna cavab olaraq bildirilib ki, ilk baxışdan sadə görünən bu sualın çox vaxt fərqli izahı verilir:

"Bəzi sürücülər hesab edir ki, əlavə ox işarəsi onların üstünlüyünü təmin edir, digərləri isə əksini düşünür. Sualın cavabı isə ondan ibarətdir ki, “Yol hərəkəti haqqında” Qanunun 76-ci maddəsinin tələbinə əsasən, svetaforun sarı və qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir".

Seçilən
109
3
hafta.az

5Mənbələr