Portuqaliyalı tanınmış mütəxəssis Joze Mourinyo ilə yollarını ayıran Türkiyənin “Fənərbağça” komandası yeni baş məşqçi axtarışındadır.
News24.az Unikal-a istinadən xəbər verir ki, İstanbul nəhənginin əsas namizədlərindən biri Almaniya təmsilçisi “Ştutqart”ı çalışdıran Sebastian Hönessdir. Klub rəhbərliyi 43 yaşlı mütəxəssisi komandanın sükanı arxasında görmək istəyir.
“Fənərbağça”nın digər variantı isə 2023/2024-cü illər mövsümündə komandaya rəhbərlik etmiş İsmayıl Kartaldır.
Xatırladaq ki, “sarı-lacivərdlilər” Çempionlar Liqasının əsas mərhələsinə yüksələ bilmədiyi üçün avqustun 29-da Joze Mourinyo ilə vidalaşıb.