Rusiya Ukrayna ilə danışıqların davam edəcəyini və nümayəndə heyətlərinin başçılarının birbaşa əlaqə saxlayacağını gözləyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyanın “Kompas” qəzetinə müsahibəsində deyib.
Ukrayna ətrafında münaqişənin həlli üçün Moskvanın gördüyü tədbirlərlə bağlı suala cavab olaraq Lavrov bildirib ki, bu ilin yazında Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə birbaşa Rusiya-Ukrayna danışıqları bərpa olunub.
"İstanbulda üç raund keçirilib və hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi, meyitlərin qaytarılması və s. kimi humanitar məsələlərdə müəyyən irəliləyiş əldə edilib. Bundan başqa, hər bir tərəf münaqişənin dayandırılması üçün ilkin şərtlərlə bağlı öz perspektivini təqdim edib. Nümayəndə heyətlərinin başçıları birbaşa təmasdadırlar. Danışıqların davam edəcəyini gözləyirik", - Lavrov bildirib.
O vurğulayıb ki, Ukrayna böhranının sülh yolu ilə həlli Rusiyanın prioriteti olaraq qalır.