BAKI, 3 sentyabr. TELEQRAF
İsrail ordusu bölgəyə davam edən zərbələr fonunda Qəzza şəhərini tamamilə mühasirəyə alıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” televiziyası təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.
Məlumatda deyilir ki, ordunun təxminləri Qəzza şəhərinin ələ keçirilməsinin tezliklə olmayacağını göstərir.
Fələstinin mənbələri isə Qəzza zolağında son 24 saat ərzində ölənlərin sayının 119-a çatdığı barədə məlumat yayıblar.
Qeyd edək ki, İsrail müdafiə naziri İsrael Kats bundan əvvəl Qəzza şəhərinin ələ keçirilməsi planını təsdiqlədiyini açıqlamışdı.