AZ

Britaniyanın müdafiə naziri gözlənilmədən Ukraynaya səfər edib

Böyük Britaniyanın müdafiə naziri Con Hili Ukraynaya səfərə gedib.

APA xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal özünün "Telegram" kanalında məlumat verib.

Məlumatda bildirilir ki, Con Hili Denis Şmıqal ilə birlikdə Londonda keçiriləcək “Ramştayn” formatında növbəti görüşün əsas məsələlərini və birgə müdafiə layihələrini koordinasiya edir.


“Ölkələrimizin müdafiə qabiliyyətini gücləndirəcək vacib ikitərəfli qərarlara hazırlaşırıq”, – Şmıqal qeyd edib.
Seçilən
78
3
sherg.az

4Mənbələr