Xəbər verdiyimiz kimi, Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib.
Qeyd olunur ki, bundan əvvəl Çinə üç səfəri zamanı Şimali Koreya liderini həyat yoldaşı Ri Sol Ju müşayiət edib, lakin ilk dəfə qızı onunla gedib.
“Kim Ju-aenin Pekinə səfəri beynəlxalq ictimaiyyətin gözündə onun statusunu təsdiqləmək məqsədi daşıya bilər” - məlumatda qeyd olunur.
Onu da qeyd edək ki, bu, Şimali Koreya liderinin belə bir çoxtərəfli diplomatik tədbirdə ilk iştirakıdır.