AZ

KAÜ Heyəti Azərbaycanda Ramal Şəmşədlinin Təhsil Müəssisəsini Ziyarət Edib


Qıbrıs Amerikan Universitetinin (KAÜ) rektoru Prof. Dr. Gökçe Keçeci və KAÜ-nun baş katibi Doç. Dr. Alp Karaca Azərbaycanda səfərlərini davam etdirirlər.

Bu çərçivədə KAÜ heyəti, Ramal Şəmşədlinin rəhbərlik etdiyi Beynəlxalq Təhsil Mərkəzini ziyarət edib.

Ziyarətdə Bakıda fəaliyyət göstərən KAÜ Exclusive Məsləhət Ofisinin baş direktoru Hüseyn Vaqifzadə (Brain Academy) də heyətə qoşulub.

Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. KAÜ heyəti universitetin beynəlxalq vizyonu, tələbələrə təqdim olunan akademik imkanlar və təqaüd proqramları haqqında geniş məlumat verib.

Prof. Dr. Gökçe Keçeci universitetin gənclərə təqdim etdiyi akademik fürsətlərdən bəhs edərkən, Doç. Dr. Alp Karaca isə azərbaycanlı gənclərin maraq göstərdiyi ixtisas sahələrinə uyğun KAÜ-nun akademik proqramları barədə ətraflı məlumat təqdim edib.

Ramal Şəmşədli də rəhbərlik etdiyi müəssisədə aparılan işlər və Azərbaycandakı təhsil sistemi ilə bağlı önəmli məlumatlar paylaşaraq, yaxın zamanda KAÜ ilə ortaq layihələr həyata keçirmək arzusu olduğunu bildirib.

Qarşılıqlı əməkdaşlıq arzularının ifadə edildiyi görüş, iki ölkə arasında təhsil əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilib. Toplantı xatirə fotolarının çəkilməsi ilə yekunlaşıb.

SAMİRƏ

Seçilən
65
baki-xeber.com

1Mənbələr