Bakı. Trend:
2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsindəkeçiriləcək İslandiya – Azərbaycan oyununa təyinatlaraçıqlanıb.
Trend xəbərverir ki, Reykyavikdə baş tutacaq matçı Niderlanddan olan hakimlərbriqadası idarə edəcək.
Baş hakim Sander van der Eykə Rens Blümink və Stefan de Qrootkömək edəcəklər. Mark Naqteqaal dördüncü hakim funksiyasını yerinəyetirəcək.
VAR-da Jerön Mansxot, AVAR-da Klay Ruperti olacaq.AvstriyalıTomas Eynvaller isə hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, sentyabrın 5-də “Lauqardalsvollur” stadionundatəşkil olunacaq İslandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat22:45-də başlayacaq.