Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib:
“Ötən gün saat 13:00 radələrində 1964-cü il təvəllüdlü kişi İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Həkim briqadası tərəfindən onun xəstəxanayaqədər ölüm faktı qeydə alınıb”.
***
Sentyabrın 2-də İsmayıllı rayon Mican kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Kənd sakini 61 yaşlı Murad Hümmətov yaşadığı evin həyətində dil nahiyəsindən arı sancması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.