AZ

“Google”dan XƏBƏRDARLIQ – Şifrənizi dəyişdirin

Google son dövrlərdə artan məlumat sızmaları və fişinq hücumları səbəbindən 2,5 milyard Gmail istifadəçisinə bir neçə dəfə xəbərdarlıq göndərib.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, şirkət hesabların təhlükəsizliyi üçün şifrələrin yenilənməsi və iki mərhələli identifikasiyanın (2FA) aktivləşdirilməsi vacib olduğunu bildirib.

Şirkətin iyul və avqust aylarında göndərdiyi bildirişlərdə hakerlərin istifadəçiləri saxta e-maillərlə aldadaraq giriş məlumatlarını ələ keçirməyə çalışdığı qeyd olunub.

Bu tədbirlər istifadəçilərin hesablarını kiberhücumlara qarşı qorumağa kömək edəcək.

Seçilən
80
5
konkret.az

6Mənbələr