AZ

Uşaqlara quru çörək verən bağça müdiri ilə bağlı qərar RƏSMİ KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Abşeron rayonunun Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında uşaqlara səhər yeməyinə quru çörək və su verilməsi barəsində vətəndaş şikayətlərinə əsasən araşdırma aparılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, araşdırma nəticəsində vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə təhsil müəsissəsinin müdiri Xədicə Vəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən bağçada uşaqların quru çörək və su ilə qidalanması barədə videolar yayılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
105
13
konkret.az

10Mənbələr