AZ

Parlament "Gürcü Arzusu"nun icraçı katibini DTX rəhbəri vəzifəsinə təsdiqləyib

Gürcüstan parlamenti Mamuka Mdinaradzeni Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə təsdiqləyib.

APA-nın Gürcüstan mediasına istinadən xəbərinə görə, parlamentin sədri Şalva Papuaşvili Mamuka Mdinaradzenin təhlükəsizlik sistemini daha da gücləndirəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, ötən ay Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Anri Oxanaşvili vəzifəsindən getdiyini açıqlayıb. Oxanaşvili Baş nazir İrakli Kobaxidzenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini tutmaq niyyətində olduğunu qeyd edib.

Baş nazir isə bildirib ki, Gürcüstan DTX-nin yeni rəhbəri hakim partiya - "Gürcü Arzusu"nun icraçı katibi Mdinaradze olacaq.
Seçilən
126
2
sherg.az

3Mənbələr