AZ

Qazaxda evdə yanğın olub – Video


Qazax şəhəri, Ələddin Qədirov küçəsində fərdi yaşayış evində yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
“Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının həyətyanı sahədə baş verdiyi və genişlənərək evə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış plastik su boruları yanıb, yüksək temperaturdan yaxınlıqdakı ümumi sahəsi 150 kv.m olan birmərtəbli dördotaqlı evin 1 otağının 2 ədəd plastik pəncərə çərçivəsi qismən deformasiya edib.
Ev yanğından mühafizə edilib”, - məlumatda deyilir.
Seçilən
53
16
yeniavaz.com

10Mənbələr