AZ

AFFA İqor Ribeyronu 3 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqasının son oyunları ilə bağlı qərarlar açıqlanıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının və Əvəzedicilər Liqasının 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarları qəbul edib:

Azərbaycan Premyer Liqası, 3-cü tur

“Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində “Neftçi”nin futbolçusu İqor Ribeyro təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. “Neftçi” buna görə 3000 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə paytaxt klubu 2000 manat cərimə edilib.

“Sabah” – “İmişli” oyunu “İmişli” komandasının meydana gec çıxması səbəbindən gec başladığına görə əyalət klubu 3000 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 3-cü tur

“Sabah-2” – “Qarabağ-2” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün paytaxt komandası 70 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” oyununda topdaşıyan uşaqların say limiti pozulduğuna görə Tovuz komandası 200 manat cərimə edilib. Oyun günü planı pozulduğuna (PFL himni səslənmədiyinə) görə də “Turan Tovuz” 200 manat cərimə edilib.

Seçilən
54
7
arena.az

8Mənbələr