Paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus 4 min 300 manat nağd pul və 5 min manat dəyərində dekorativ metal avadanlıqlar oğurlanıb.
Bu barədə zərərçəkmiş şəxslər polisə məlumat veriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı R. Məmmədov və 50 yaşlı V. Mustafayev saxlanılıblar.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə paytaxt sakininin velosipedini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R. Şirinov tutulub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
"Cebheinfo.az"