AZ

KİV: Putin Trampın xanımını təhqir etdi

BAKI, 3 sentyabr. TELEQRAF

Avqustun 15-də ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya Prezidenti Vladimir Putinə təsirli məktub yazaraq onu başladığı müharibədən əziyyət çəkən uşaqlar naminə sülhə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

Nəşr bildirib ki, Putin avqustun 28-də Putin bu məktuba 20-dən çox insanın ölümünə, yaşayış binalarına və uşaq bağçasına ziyan vuran Kiyevə kütləvi zərbə ilə cavab verib:

“Bu zərbə təkcə birinci xanıma yox, həm də Alyaskada keçirilən görüşdə həyat yoldaşının məktubunu şəxsən Putinə çatdıran ABŞ Prezidenti Donald Trampın özünə də təhqir oldu.

Putinin ötən həftəki kampaniyası əvvəlki kimi deyildi, bu, yəqin ki, Tramp və Avropa liderlərinə onların qətiyyətinə şübhə ilə bağlı siqnal göndərmək üçün nəzərdə tutulub. Ukrayna hədəflərindən əlavə, Rusiya Avropa İttifaqının Kiyevdəki diplomatik nümayəndəliyini, həmçinin Britaniya hökumətinin mədəniyyət və təhsil mübadilə təşkilatı olan “British Council”ın ofisini də vurub”.

Mənbənin fikrincə, Tramp Putinə sülhdə maraqlı olduğunu göstərmək üçün hər cür şans versə də, Rusiya lideri sülhə yaxın durmur:

“Trampın ikinci müddətində altı aydan çox vaxt keçməsinə baxmayaraq, Putin hələ bunu etməyib. Tramp Ukrayna ilə daha çox uğur qazanıb. Fevralın sonunda Ağ Evdə Zelenski ilə fəlakətli görüş ABŞ-nin silah tədarükünün müvəqqəti dayandırılmasına səbəb olandan bəri, Ukrayna Trampın tələbini yerinə yetirib”.

Ukrayna Trampın tam və qeyd-şərtsiz atəşkəs tələbi ilə də razılaşıb.

“Putin Trampın diplomatiyası və xanımının məktubuna yumruqla cavab verdi. Bu stəkanı daşıran son damla olmalıdır. Putin öz qəddarlığı ilə sübut etdi ki, Ukraynaya hücumu könüllü olaraq dayandırmayacaq - onu məcbur etmək lazımdır. Beləliklə, məcburedilmə başlasın”, - nəşr əlavə edib.

Seçilən
44
teleqraf.com

1Mənbələr