AZ

Qadın məsləhətxanalarının sayı azalmaqda davam edir RƏSMİ STATİSTİKA

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanda hazırda 106 qadın məsləhətxanası fəaliyyət göstərir.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Qurumun məlumatına görə, ölkədə ötən illə müqayisədə qadın məsləhətxanaların sayı dəyişməsə də 2009-cu ildən say kəskin azalıb. Həmin il 321 qadın məsləhətxanası fəaliyyət göstərirdisə, sonrakı illərdə müəssisələrin sayı xeyli azalaraq 106-ya çatıb.Son beş ilə nəzər saldıqda, yəni 2020-ci ildə 131, 2021-ci ildə 118, 2022-ci ildə 106, 2023-cü ildə 105, 2024 və 2025-ci illərdə isə 106 olduğunu görmək mümkündür.Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
bizim.media

2Mənbələr