AZ

Yüksək vəzifəyə təyin olunan Elgün Səmədov görün kim imiş

Xəbər verdiyimiz kimi, Elgün Səmədov səhiyyə nazirinə yeni müşavir təyin olunub.

Publika.az Milli.Az-a istinadla xəbər verir ki, Elgün Səmədov Aprel döyüşləri zamanı xüsusi fəaliyyəti ilə seçilmişdir. E.Səmədov 4 günlük müharibədə 100-dən çox uğurlu cərrahiyyə əməliyyatı keçirib və Azərbaycan Prezidenti tərəfindən 3-cü dərəcəli Vətənə Xidmətə Görə ordeni ilə təltif edilib.

E.Səmədovun əməliyyatlar zamanı çəkilmiş fotosu isə sosial şəbəkələrdə geniş paylaşılaraq gündəmə çevrilib.

Qeyd edək ki, Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olub.

Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olub. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləyib.

Seçilən
30
3
publika.az

3Mənbələr