Bakı. Trend:
ABB Mərkəzi Bankın AniPay strategiyasına uyğun olaraqsahibkarlar üçün nəzərdə tutulmuş yeni QR-la onlayn ödəniş qəbulufunksionallığını istifadəyə verib. Bu yenilik Bankın ekvayrinqməhsulları arasında QR ödənişi olmayan son xidmətin dərəqəmsallaşdırılmasını təmin edib və ABB-nin ödəniş infrastrukturutam şəkildə AniPay sisteminə inteqrasiya olunub.
Yeni xidmət çərçivəsində müştəri onlayn ödəniş mərhələsindətəqdim olunan QR kodu ABB mobile tətbiqi və ya AniPay sisteminəinteqrasiya olunmuş digər bankların mobil tətbiqləri vasitəsiləoxudaraq ödənişi həyata keçirə bilir. Ödəniş tamamlandıqdan sonravəsait dərhal tərəfdaşın hesabına köçürülür. Bu, həm sürətli ödəniştəcrübəsi formalaşdırır, həm də tərəfdaş üçün ödəniş anında köçənvəsaitlərin operativ şəkildə istifadəsinə imkan yaradır.
Xidmət onlayn satış platformalarına sahib olan sahibkarlar üçünnəzərdə tutulub və ödənişlərin daha asan, təhlükəsiz şəkildəqəbulunu təmin edir. Bu da müştəri məmnuniyyətini artırmaqlayanaşı, sahibkarlara ödəniş proseslərini rəqəmsallaşdırmaq imkanıverir.
Xidmət bank kartları ilə ödənişdən daha aşağı komissiya şərtləriilə təklif olunur və tam təmassız ödənişə şərait yaradır. Bu datəhlükəsizlik, rahatlıq və xərclərin azaldılması baxımından əlavəüstünlüklər deməkdir.
Texniki infrastruktur artıq tam hazırdır və bu ödəniş həllinine-ticarət saytlarında, yəni onlayn alış-veriş platformalarında datətbiq olunması mümkündür. Beləliklə, sahibkarlar müştərilərindənödənişləri vebsayt üzərindən QR vasitəsilə də qəbul edəbiləcəklər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmiinternet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən və ya rəsmiFacebook səhifəsindən əldə etmək olar.