AZ

Suraxanıda Ağsaqqallar Şurasının hesabat konfransı keçirildi

Konfransda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Azərbaycan Ağsaqqallar Şurasının aparat rəhbəri Ramin Həsənli, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Qaya Məmmədov, Rayon Prokuroru Rəşid Mahmudov, RİHB-nin müavinləri və şöbə müdirləri, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev və idarə heyyətinin üzvləri, qəsəbə ağsaqqallar şurasının üzvləri, qəsəbə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

Publika.az xəbər verir ki, konfrans iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Daha sonra Rayon İcra Hakimiyyətinin konfrans zalında keçirilən tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev qonaqları salamladıqdan sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Adil Əliyev ağsaqqalların fəaliyyətini yüksək dəyərləndirərək, ağsaqqala olan hörmət və ehtiramın Azərbaycan cəmiyyətinin xarakterik cəhəti kimi milli düşüncəmizin dərinliklərində kök salmış möhkəm ənənə olduğunu vurğulayıb. O, əlavə edib ki, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara böyük ehtiyac var. RİH başçısı rayonun sosial-iqtisadi inkişafında onların hər birinin böyük əməyi olduğunu və daim rayonun ictimai-mədəni həyatında yaxından iştirak etdiklərini bildirərək gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Yığıncaqda rayon Ağsaqqallar Şurasının sədri Arif Babayevin hesabat məruzəsi dinlənilib. Məruzəçi rayon ağsaqqallarının respublikamızın əldə etdiyi qələbənin, nailiyyətlərin geniş təbliğində iştirak etdiyini və bu istiqamətdə əllərindən gələni əsirgəmədiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Seçilən
84
2
publika.az

4Mənbələr