AZ

BDU-da bakalavr səviyyəsinə qəbul olanların qeydiyyatı davam edir

Bakı Dövlət Universitetində bakalavriat səviyyəsinə qəbul olan şəxslərin qeydiyyat prosesi davam edir.

QHT.az xəbər verir ki, BDU-ya qəbul olan abituriyentlər avqustun 28-dən portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçirlər. Bu günə qədər 4900 abituriyent qeydiyyat prosesindən keçib.

Məlumat üçün bildiririk ki, elektron sistem üzərindən qeydiyyat prosesi sentyabrın 8-i saat 18:00-da başa çatacaq.

Seçilən
144
qht.az

1Mənbələr