AZ

Sabah bəzi yerlərdə yağış yağacaq

ain.az, Dogru.az portalına istinadən məlumat verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Doğru.az xəbər verir ki, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 20-24, gündüz 28-31 dərəcə isti təşkil edəcək.

Ölkənin rayonlarında isə əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə leysan, dolu və duman ehtimalı var. Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
82
49
dogru.az

10Mənbələr