Həm "Bayer" klubu, həm də "Fənərbağça" yeni baş məşqçi axtarışındadır.

Offsideplus.az xəbər verir ki, hər iki klubun gündəminə "Tottenhem" klubunun sabiq baş məşqçisi Angelos Postekoğlu gəlib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 

"Fənərbağça" eyni zamanda son olaraq İtaliya yığmasını çalışdıran Luçano Spalletti ilə də maraqlanır.

A. Postekoğlu son iki mövsümdə "Tottenhem"i çalışdırıb. O, bu ilin yayında London təmsilçisindən ayrılıb.

Yunan əsilli avstraliyalı mütəxəssis İngiltərə klubu Avropa Liqasını qazandırmağı bacarıb.