AZ

Paşinyan və Çinin vitse prezidenti strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər

ain.az, Missiya.az portalına istinadən məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Pekində Çinin vitse-prezidenti Han Çjen ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Söhbət zamanı bildirilib ki, son illər Ermənistan və Çin arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq inkişaf edir, əlaqələr möhkəmlənir. 

Həmsöhbətlər bir sıra beynəlxalq əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparıblar və yaxın gələcəkdə Ermənistan-Çin əməkdaşlığının həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli platformalarda inkişaf edəcəyinə əminlik ifadə ediblər.

Nurlana ƏhmədovaMissiya.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
50
missiya.az

10Mənbələr