AZ

Paşinyan Çinlə əlaqələrin genişlənməsinə ümid edir

Ermənistan Baş naziri Nikol Paşinyan Çin Xalq Respublikasının sədr müavini Han Çjen ilə İrəvan və Pekin arasındakı münasibətləri müzakirə edib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Baş nazirin sözlərinə görə, İrəvan və Pekin arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

O bildirib ki, əlaqələrin dərinləşməsi və genişlənməsinə ümid edir.

"Həmsöhbətlər beynəlxalq əhəmiyyətli bir sıra məsələlər barədə fikir mübadiləsi aparıblar. Yaxın gələcəkdə Ermənistan-Çin əməkdaşlığının həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli platformalarda inkişaf edəcəyinə əminliklərini ifadə ediblər", - məlumatda qeyd olunur.

"Cebheinfo.az" 

Seçilən
29
2
cebheinfo.az

3Mənbələr