AZCON Holding şirkətlərindən olan Azərbaycan Dəmir Yolları (ADY) avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 12% daha çox sərnişin daşıyıb.
Bu barədə ADY məlumat yayıb.
Qeyd edilib ki, bu ilin 8 aylıq ümumi sərnişindaşıma göstəricisi isə keçən ilin müvafiq dövrünün nəticələrini 20% üstələyib.