AZ

3 sentyabr 1991-ci il Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər HeydərƏliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası AliMəclisinin Sədri seçilməsindən 34 il ötür. İllər keçdikcə butarixin ölkəmizin həyatında xüsusi yeri daha aydın görünür. Dahişəxsiyyətin Sədr seçildiyi bu gün bütövlükdə Azərbaycanın xilasıkimi tarixə yazılıb. Bu fikirlərin o dövrün reallıqlarını tamamiləəks etdirdiyinə əmin olmaq üçün həmin illərdə görülən işlərin,atılan addımların, qəbul edilən qərarların xronologiyasına diqqətyetirmək kifayətdir.

1990-cı illərin əvvəli Azərbaycanın tarixinə dəhşətli faciələrinyaşandığı bir dövr kimi daxil olub. Ermənistan 1988-ci ildə yenidənAzərbaycana qarşı ərazi iddiası ilə çıxış etməyə başladı.Ermənilərin təhriki və keçmiş SSRİ-nin ovaxtkı üzdəniraq rəhbəriMixail Qorbaçovun göstərişi ilə 1990-cı ilin yanvarında sovetordusu Azərbaycanda misli görünməmiş qanlı qırğın törətdi. Faciəninsəhəri günü, yəni yanvarın 21-də Ulu Öndər Heydər Əliyev “qırmızıordu”nun törətdiyi qanlı qətliama qarşı etiraz səsini ucaldaraqailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinəgəldi və baş verən hadisəyə görə SSRİ-nin siyasi rəhbərliyini,şəxsən Qorbaçovu kəskin ittiham etdi. Dövlət başçısı İlham Əliyevhəmin dövrü belə xarakterizə edir ki, bu, daim təqibə məruz qalaninsan üçün çox təhlükəli addım idi: “Lakin atam həmişə prinsipialidi və əsla tərəddüd etmədən baş verənlərə qarşı etiraz etdi. Onunailə üzvləri heç bir şübhə və qorxu hissi keçirmədi. Həmin ağırgünlərdə bircə arzumuz vardı: öz xalqımızla birlikdə olmaq, onudəstəkləmək. Bir il sonra bu arzu da baş tutdu. Doqquz illikfasilədən sonra atam öz Vətəninə, Naxçıvana qayıtdı. Onu buraya ikiarzu gətirmişdi. Birincisi, şəxsi arzusu, ona rahatlıq verməyənvətəndaşlıq şərəfi. Azərbaycan özünün ən ağır dövrünü yaşayırdı.İkincisi, atam Azərbaycana xalqın istəyi ilə gəlmişdi”.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadəaçıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin 1990-cıil iyulun 22-də Naxçıvana möhtəşəm qayıdışı dözülməz vəziyyətdəolan naxçıvanlıların sabaha inamını özlərinə qaytardı. Azərbaycan oillərdə çox çətin günlərini yaşayırdı. Müstəqilliyini yenidən bərpaedən Azərbaycanın ilk illərdə yaşadıqları tariximizin qara səhifəsikimi xarakterizə olunur. O vaxt Azərbaycanda hakimiyyəti silahgücünə zəbt edən AXC-Müsavat cütlüyü xalqın inamını tamamiləitirmişdi. Bu qaragüruhun antimilli siyasəti xalqda böyük hiddətdoğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq, hakimiyyət hərisliyinəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü.Ölkəmizi xaos, anarxiya bürümüşdü. Torpaqlarımızın işğal altınadüşməsi, iqtisadi, hərbi böhran demək olar ki, ölkəmizin gələcəkmüstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda əlbəttəki, xalq ümidini özünün əbədi lideri Ulu Öndər Heydər Əliyevəbağlamışdı.

Ulu Öndər Heydər Əliyev Naxçıvana gəldikdən sonra qədim diyarınxilası üçün lazım olan bütün addımları atmağa başladı. Eynizamanda, yalnız muxtar respublika deyil, bütün Azərbaycan üçünhəyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayakrolunu oynayan qərarların qəbul edilməsinə nail oldu. NaxçıvanMuxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı ilnoyabrın 17-də keçirilən 12-ci çağırış birinci sessiyasında“Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adınındəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlətrəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. Ulu Öndərinsədrliyi ilə keçirilən həmin tarixi sessiyada Azərbaycan XalqCümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar RespublikasınınDövlət Bayrağı kimi qəbul olundu. Həmçinin Naxçıvan MuxtarRespublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adınındəyişdirilərək Ali Məclis adlandırılması muxtar respublikanınictimai-siyasi həyatında əhəmiyyətli rol oynadı.

Millət vəkili qeyd edib ki, 3 sentyabr 1991-ci il Azərbaycanındövlətçilik tarixinin şanlı səhifəsidir. Həmin tarixi gündəNaxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasındaÜmummilli Lider Heydər Əliyev yekdilliklə Ali Məclisin Sədriseçildi. Bu mühüm tarixi addım Naxçıvanın həyatında yeni birmərhələnin başlanğıcı oldu. Həmin tarixi gündən başlayaraqÜmummilli Liderin zəngin dövlətçilik təcrübəsi Ona hər birçətinliyi uğurla aradan qaldırmaqda yardımçı oldu. Bütün bunlarızəngin idarəetmə qabiliyyəti və təcrübəsi, beynəlxalq arenada şəxsinüfuzu, özünün Vətəninə, xalqına sonsuz bağlılığı, sevgisi hesabınahəyata keçirən Heydər Əliyev Naxçıvanı sözün həqiqi mənasındafəlakətdən xilas etdi.

Milli Məclisin deputatı bildirib ki, Ulu Öndərin Naxçıvandaçalışarkən xalq və dövlət qarşısında ən böyük xidmətlərindən biriinsanlarda milli təfəkkür və milli məfkurənin formalaşdırılmasıidi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 DekabrDünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında”Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malik hadisə oldu. UluÖndər daim bu çağırışı edirdi ki, Azərbaycan bütün dünyaazərbaycanlılarının Vətənidir. Harada yaşamasından asılı olmayaraqbütün soydaşlarımız bir amal-azərbaycançılıq ideyası ətrafında sıxbirləşməlidir. Diaspor quruculuğu prosesi Ulu Öndər Heydər Əliyevin1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışındansonra dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Blokadaşəraitində yaşayan muxtar respublikanın inkişafının və sabitliyinindavamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrinformalaşdırılması, eləcə də bu bölgənin gələcək tərəqqisiistiqamətində mühüm addımlar atıldı. Türkiyə ilə əlaqələrinmöhkəmləndirilməsi üçün “Ümid” körpüsü salındı. Həmin illərin ənmühüm tarixi hadisələrindən biri bu gün milyonların partiyasınaçevrilən, sıralarında 800 minə yaxın üzvü birləşdirən YeniAzərbaycan Partiyasının yaradılması oldu. Xalqın böyükəksəriyyətinin istəyini özündə ifadə edən 91 nəfər ziyalının UluÖndər Heydər Əliyevə yeni partiyanın yaradılması ilə bağlıünvanladıqları “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti, eynizamanda, Ulu Öndər Heydər Əliyevin bu müraciətə “Yeni müstəqilAzərbaycan uğrunda” cavabı həmin dövrün aydın mənzərəsini əksetdirir. Məhz yaranması Azərbaycanın ən çətin və mürəkkəb tarixidövrünə təsadüf edən Yeni Azərbaycan Partiyası ötən bu illərərzində tutduğu yola sadiqlik nümayiş etdirərək Heydər Əliyevideyalarının fəal təbliğatçısı funksiyasını şərəflə yerinəyetirir.

Vüqar Rəhimzadə qeyd edib ki, 1993-cü ildə Azərbaycanın ən çətingünlərində xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələnÜmummilli Lider bu addımı ilə bir daha təsdiqlədi ki, hər zamanxalqının, dövlətinin yanındadır, Onun üçün Azərbaycanınmüstəqilliyinin qorunması əsasdır. Azərbaycanı qüdrətli, zəngin,qalib ölkə kimi görmək dahi liderin ən böyük arzusu idi. O, buarzusunun xeyli hissəsini 1993-2003-cü illərdə müstəqil Azərbaycandövlətinə rəhbərlik edərkən atdığı addımlar, düşünülmüş vəməqsədyönlü siyasəti ilə reallığa çevirdi, bugünümüz üçün möhkəmtəməl yaratdı. 2003-cü ildə xalqa tarixi müraciətində etimadın,inamın növbəti ünvanını göstərdi. Bildirdi ki, cənab İlham ƏliyevəÖzü qədər inanır. Dahi rəhbərin axıra çatdıra bilmədiyi işləricənab İlham Əliyev uğurla reallaşdırdı. Təbii ki, söhbətAzərbaycanın ərazi bütövlüyünün təmin olunmasından gedirdi.Prezident İlham Əliyev Ümummilli Liderin hər bir arzusunugerçəkləşdirdi. Tarixi Zəfərimiz, bütün ərazilərimizdə suverenliyintam təmin edilməsi, güclü Azərbaycan, abadlaşan Qarabağ və ŞərqiZəngəzur Heydər Əliyev yolunun təqdimatıdır.

Məqalədə:
Seçilən
33
7
az.trend.az

8Mənbələr