Demokrat.az saytına istinadən ain.az xəbər verir.
“Bu qurumun fəaliyyət göstərməsi ümumiyyətlə düzgün deyil. AYNA özünə və qaynanasına xidmət edən bir qurumdur”. Bunu Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O bildirib ki, orada yığılan pulların hara getdiyi hələ heç kimə məlum deyil:“Kimin kimdən xoşu gəlirsə, onun oğluna bir vəzifə verir, qızına bir vəzifə verir. Bu düzgün deyil. Xalq arasında çox böyük narazılıq var bununla bağlı. Harada maşını saxlayırsan, deyirlər 5 manat, 10 manat. Soruşmaq lazımdır ki, bu pullar hara gedir? Ona görə bu qurum ləğv edilməli, qurumun rəhbəri həbs edilməlidir. Yoxlanmalıdır ki, o pullar büdcəyə gedib, ya getməyib?"Cavidan Mirzəzadə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.