AZ

Hava dəyişir: 3 günlük leysan XƏBƏRDARLIĞI

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında sentyabrın 4-6-da əsasən gündüz saatlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Turkustan.az xəbər verir ki, bu barədə "Report"a Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Seçilən
150
42
turkustan.az

10Mənbələr