AZ

İsrail ordusu Livanda reyd keçirir

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda yerləşən Dov dağı ərazisində reydlər keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti ordunun mətbuat xidmətinə istinadən yazıb.

Qeyd olunub ki, məqsəd əvvəllər "Hizbullah" qruplaşmasının istifadə etdiyi mövqelərin məhv edilməsidir.

Məlumata görə, IDF səhər saatlarında Livanın cənubunda qruplaşma tərəfindən "təşkilatın bərpası üçün lazım olan materialların istehsalı məqsədilə" istifadə olunan obyektə zərbə endirib.

İsrail Müdafiə Qüvvələri bəyan edib ki, bu istehsal sahəsinin mövcudluğu İsrail və Livan arasındakı razılaşmaların pozulmasıdır.

Seçilən
18
ikisahil.az

1Mənbələr