AZ

Müqavilə xoşuna gəlmədi, qəhvə içmək adı ilə aradan çıxdı

Sportal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gilyermo Oçoanın İspaniyanın "Burqos" klubuna keçidi son anda baş tutmayıb.

Sportal.az xəbər verir ki, meksikalı qapıçı müqavilə imzalamaq üçün klubunun ofisinə gedib. Lakin 40 yaşlı qolkiper sözləşmənin şərtlərini oxuduqdan sonra qərarını dəyişib.

Oçoa klub rəsmilərinə qəhvə içmək istədiyini deyərək otaqdan çıxıb. O, dərhal klubun ofisini tərk edib. "Burqos" rəsmiləri təcrübəli "əlcək sahibi"nə nə qədər zəng etsələr də, onunla əlaqə saxlamaq mümkün olmayıb.

Gilyermo Oçoa daha sonra açıqlama verərək məsələyə aydınlıq gətirib. Meksika millisinin üzvü II La Liqa təmsilçisinin vədlərinə əməl etmədiyini və müqavilədə dəyişiklik etdiyini bildirib.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
sportal.az

2Mənbələr