AZ

Azərbaycanda evdə zorakılığa məruz qalan kişilərin sayı açıqlandı

Azərbaycanda evdə zorakılığa məruz qalan kişilərin sayı açıqlandı

2025-ci ilin ilk 7 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 302 müraciət daxil olub.

Qurumdan verilən məlumata görə, müraciət edənlərin 68-i psixi, 21-i iqtisadi, 207-si fiziki, 6-sı isə cinsi zorakılığa məruz qalıb.

Məişət zorakılığına məruz qalanların 35-i kişi, 286-sı qadın, 253-ü uşaq (149-u oğlan, 104-ü qız) olub. Qeyd edilib ki, kişilər daha çox psixi, bəzi hallarda isə iqtisadi zorakılığa məruz qalıb. Onların müraciətləri əsasən uşaqları ilə ünsiyyət, uşaq tələbi və uşaqlara anaları tərəfindən zorakılıq edilməsi ilə bağlıdır.

Dövlət Komitəsinə 2024-cü ildə uşaqlara qarşı törədilən zorakılıq halları ilə bağlı 455 müraciət daxil olub.

2025-ci ilin ilk 7 ayı ərzində isə 258 müraciət qeydə alınıb. Onlardan 152-si oğlan, 106-sı isə qız uşaqlarına qarşı törədilmiş zorakılıq hallarıdır.

Seçilən
124
13
afn.az

10Mənbələr