AZ

Gədəbəydə dağlıq ərazidə yanğın - VİDEO

 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonunun Dördlər kəndində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Missiya.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Relyefin mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 5 ha sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Seçilən
50
11
missiya.az

10Mənbələr