AZ

Azərbaycan məktəbliləri Avropa İnformatika Olimpiadasında uğur qazanıb

Yazını böyüt
Yazını kiçilt

Bolqarıstanın Şumen şəhərində 9-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (https://2025.ejoi.org) keçirilib.

Təhsil İnstitutundan hafta.az-a bildirilib ki, 24 ölkədən 96 məktəblinin iştirak etdiyi müsabiqədə məktəblilərimiz uğurla çıxış ediblər. Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyinin 9-cu sinif şagirdi Fateh Əhmədzadə, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Əkbər Əhmədov, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 9-cu sinif şagirdi Ömər Əliməmmədzadə bürünc medal qazanıblar.

Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz 2017-ci ildən etibarən iştirak edirlər və indiyədək 4 gümüş, 11 bürünc medal qazanıblar. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Seçilən
47
10
hafta.az

10Mənbələr