AZ

Putin Azərbaycanla münasibətlərdən danışdı: "Bəzi problemlər var"

“Bu gün Prezident İlham Əliyev və onun xanımı ilə salamlaşdıq. İki-üç kəlmə danışdıq”.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çinə səfərinin yekunlarına dair mətbuat konfransında deyib.

Moskva ilə Bakı arasında münasibətlərin vəziyyətini şərh edən Rusiya lideri bildirib, ölkələr arasında münasibətlərdə həmişə mövcud və ya hansısa siyasi vəziyyətə əsaslanan bəzi suallar yaranır, problemlər var.

“Lakin mən inanıram ki, Azərbaycan və Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq”, - deyə Putin qeyd edib.

Seçilən
79
8
redaktor.az

10Mənbələr