AZ

Pezeşkian Putinlə nüvə məsələsini müzakirə edib

İran Prezidenti Məsud Pezeşkian Çində keçirilən ŞƏT sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə nüvə məsələsini müzakirə edib.

Publika.az xəbər verir ki, o, bu barədə Çinə səfərindən sonra keçirilən mətbuat konfransında danışıb.

"Biz Rusiya Federasiyasının Prezidenti ilə təxminən 4 saat davam edən danışıqlar apardıq və iqtisadi vəziyyət, nüvə problemi, "snapback" mexanizminin (BMT Təhlükəsizlik Şurası tərəfindən anti-İran sanksiyalarının bərpasını nəzərdə tutur – red.) işə salınması kimi bir çox məsələləri müzakirə etdik", - Pezeşkian bildirib.

Seçilən
28
publika.az

1Mənbələr