AZ

12 günlük müharibə zamanı Evin zindanından qaçan məhbusların sayı açıqlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün İran Məhkəmə-Ədliyyə Sisteminin sözçüsü Əsğər Cahangiri İsrailin Evin zindanına hücumundan sonra qaçan məhbuslarla bağlı açıqlama verib.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ətraflı araşdırmalar və DNT testləri nəticəsində məlum olub ki, əvvəlcə qaçdığı bildirilən 76 məhbusdan üçü əslində hücum zamanı həyatını itirənlər arasındadır. Bununla da qaçan məhbusların faktiki sayı 73 nəfər olaraq yenidən qiymətləndirilib.
Cahangirinin iddiasına əsasən, 73 nəfərdən 58-i ya könüllü olaraq həbsxanaya qayıdıb, ya da yenidən saxlanılıb. Hazırda isə 15 nəfər azadlıqdadır və onların axtarışları davam edir.
O, qeyd edib ki, bu şəxslərin hamısı haqqında rəsmi həbs qərarları çıxarılıb və yaxın günlərdə onların kimliyinin müəyyən edilərək saxlanılması gözlənilir.
Seçilən
12
50
oxu.az

10Mənbələr