1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ermənistan parlamenti 44 günlük müharibənin səbəblərini araşdıran komissiyanın məruzəsini spiker Alen Simonyana göndərib.
Oxu.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının yaydığı sənəddə qeyd olunur.
Xatırladaq ki, komissiya 2022-ci ilin fevralında Vətəndaş Sazişi Partiyası fraksiyasının təşəbbüsü ilə yaradılıb.