Sumqayıt şəhərində həkim qadının evi qarət edilib.
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 47-ci məhəlləsində baş verib.
Sumqayıt Tibb Mərkəzinin həkimi Gülbar Hüseynova evinin döşəməsinin bir hissəsini təmir etdirmək üçün qardaşından usta gətirməsini xahiş edib. Qardaşı Nəbi adlı usta ilə danışıb və razılıq əldə edilib. Usta bildirib ki, səhər saatlarında evə gəlib, həmin hissəni təmir edəcək.
Ev sahibi Gülbar Hüseynova səhər saatlarında işə gedərkən evin giriş qapısını bağlayıb və açarı ayaqaltının altında gizlədib. O bu barədə ustaya məlumat verib. Usta evi təmir edəndən sonra yenidən qapını bağlayıb, açarı həmin yerə qoyub.
Qadının evdə olmadığını görən qonşusu İlkin Məmmədov mənzildən oğurluq etmək qərarına gəlib.