AZ

Saxta astronavt yaşlı qadını görün necə aldatdı?

Yaşlı qadın kosmosda qapalı qalan astronavt olduğunu iddia edən fırıldaqçıya 1 milyon yen göndərib.

KONKRET.az “Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, Yaponiyanın şimalındakı Hokkaydo adasında yaşlı qadına özünü “kosmosda qapalı qalan astronavt” kimi təqdim edən şəxs tərəfindən 1 milyon yen (təxminən 6700 dollar) aldadılıb.

Hokkaydo polisi 80 yaşlı qadının astronavt olduğunu iddia edən kişi ilə sosial şəbəkədə tanış olduğunu bildirib.

Polisin sözlərinə görə, özünü astronavt kimi təqdim edən kişi yaşlı qadına “kosmik gəmi hücuma məruz qalıb” və “oksigen almaq üçün pula ehtiyac var” deyib.

Dəniz Pənahova 

KONKRET.az 

Seçilən
34
3
konkret.az

4Mənbələr