AZ

"Difai" məğlub oldu

Bu gün 1-ci Liqa təmsilçisi "Difai" növbəti yoxlama oyununa çıxıb.

Fanat.Az-ın məlumatına görə, sözügedən kollektiv 1-ci Liqanın daha iddialı təmsilçisi "Ordu" ilə qarşılaşıb.

Binə qəsəbə stadionunda baş tutan qarşılaşma "hərbçilər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, "Difai" bir müddət öncə bu yay baş məşqçi postuna gətirilən Araz Bağırovla əməkdaşlığa son qoyub. Bağırovun istefası sınaq qarşılaşmasında "Səbail"dən aldıqları 2:7 hesablı yenilgidən sonra reallaşıb. Onun yerini Hüseynqulu Quliyev tutub.

Nihat  

Seçilən
35
1
fanat.az

2Mənbələr