AZ

Portuqaliya prezidenti futbolçular Diogu Jota və Jorje Koştanı ölümündən sonra ordenlə təltif etdi

Portuqaliya prezidenti Marselu Rebelo de Souza futbolçular Diogu Jota və Jorje Koştanı ölümündən sonra “Xidmətlərə görə” ordeni ilə təltif edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə məlumatı Portuqaliya Futbol Federasiyası (FPF) yayıb.

Mükafatlar mərhum oyunçuların ailə üzvlərinə təqdim olunub. Eyni zamanda Portuqaliya millisinin bazasında onların xatirəsinə həsr olunmuş memorial açılışı keçirilib.

Xatırladaq ki, cari ilin 3 iyulunda Diogu Jota İspaniyanın Samora əyalətində baş verən yol qəzasında həyatını itirib. Qəza zamanı onun qardaşı Andre Silva da dünyasını dəyişib. Jota karyerası ərzində “Paçuş di Ferreyra”, “Portu”, “Atletiko”, “Vulverhempton” və “Liverpul” klublarında çıxış edib.

Jorje Koşta isə 5 avqustda, 52 yaşında vəfat edib. O, 1990–2005-ci illərdə “Portu”nun heyətində 324 oyun keçirib. Portuqaliya millisində 50 matçda forma geyinmiş Koşta həmçinin “Standard”, “Çarlton Atletik”, “Maritimu” və “Penafiel” klublarının da şərəfini qoruyub.

Seçilən
48
2
90deqiqe.az

4Mənbələr