ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski dünyanın yeddi ölkəsindən birində həmkarı Vladimir Putinlə görüşməyə hazırdır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində Ukrayna xarici işlər naziri Andrey Sibiqa yazıb.
Onun sözlərinə görə, söhbət Avstriya, Vatikan, Türkiyə, İsveçrə və Fars körfəzinin üç dövlətindən gedir.
Qeyd edək ki, bu gün keçirilən brifinqdə Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskini görüşə hazır olduğu təqdirdə Moskvaya dəvət edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.